...

MTN Bakıda terror aktlarının qarşısını alıb

Siyasət Materials 29 Oktyabr 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Bakı şəhərində bir sıra dövlət strukturlarına, habelə, beynəlxalq antiterror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı müdhiş terror və təxribat keçirilməsinin qarşısı alınıb. Bu barədə bazar ertəsi Milli Təhlükəsizlik Nazirliyi (MTN) ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb..

Bildirilib ki, artıq ictimaiyyətə məlum olduğu kimi, bu günlərdə Müdafiə Nazirliyinin "N"saylı hərbi hissəsinin zabiti, baş leytenant Kamran Əsədov, özünün də daxil olduğu radikal vəhabi qrupunun digər üzvləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidmət etdiyi hərbi hissədən 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib: "Əsədov və qrupun digər üzvləri, silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonar, Bakı şəhərinə gəliblər".

MTN tərəfindən oktyabr ayının 27-də saat 15.00 radələrində Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində, həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib.

Gizlədibmiş silah-sursatın bir hissəsi həmin ünvanda, bir hissəsi isə, İsmayıllı rayonunda aşkar edilərək götürülüb.

"Faktla bağla cinayət işi başlanmıb, hazırda qrupun digər üzvlərinin zərərsizləşdirilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir", -deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti