...

İran politoloqu: "Ərəb" nüvə planı İran üçün son şansdır

Siyasət Materials 3 Noyabr 2007 15:39 (UTC +04:00)
İran politoloqu: "Ərəb" nüvə planı İran üçün son şansdır

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Ərəb ölkələri tərəfindən təklif olunmuş İrana müəyyən miqdarda zənginləşdirilmiş uran satmaq planı rəsmi Tehran tərəfindən qəbul olunmasa, ABŞ-in "İranın nüvə bombasını əldə etmək niyyəti var" ittihmaı daha da realliğa uyğun olacaq. "Nüvə məsələləri üzrə, İrana təklif olunan "Ərəb" planı, rəsmi Tehranın sülhməramlı nüvə fəaliyyəini sübut etdirməsinə son şansdır", - deyə, nüvə məsələri üzrə expert, İran politoloqu Əhməd Şirzad (Ahmad shirzad) bildirib.

Səyudiyyə Ərəbstanın xarici işlər naziri noyabrın 2-də MEED agentliyinə verdiyi müsahibədə bildirib bi, Ərəb ölkələri ittifaqı İrana elektrik nüvə stansiaylarına görə, müəyyən miqdarda zənginləşdirilmiş uran verməyə hazırdır. Bu plan "Ərəb ittifaqı" planı adı alb. Həmçinin Rusiya rəsmiləri, İranın nüvə stansiyalarının yanacağını təmin etmək məqsədi ilə, İranın uran zənginləşdirmə stansiyalarını müştərək sərmayə ilə Rusiyada dair etməyə hazırlıq bildiriblər. İran hər iki təklifi araşdıracağını bildirib.

Əhməd Şirzad şənbə qünü Tehrandan telefonla Trend ə bildirib ki, rəsmi Tehran sülhməramlı nüvə plannın sübut etdirmək istəyirsə, bu planın birisini qəbul etməlidir. Yoxsa, dünya ictimaiyyatı, ABŞ-in İrana qarşı irəli sürdüyü ittihamları daha artıq qəbul edəcək"-deyə Şirzad bildirib.

Amerika İranı nüvə bombası cürləməyə cəh göstərmək ittihamı irəli sürüb. MAQATE ittihamları sübut edən faktın olmamasını deyir.

İsveçdə fəaliyyət göstərən İranlı politoloq Davud Kavyani(Davoud Kaviani) isə Trend ə bildirib ki, İran bu planların heç birisini qəbul etməyəcəkdir. "İran, Qərbdən imtiyaz almaq üçün və öz mövqeini bərkitmək məqsədi ilə, nüvə pombasına ehtiyacı var. İran nüvə zənginləşdirmə stansiyaların fəaliyyətini heç zaman dayandırmayacaq"-deyə, Kavyani bildirib.

İranın İRNA agentliyinin noyabrın 3-də verdiyi məlumata əsasən, İran prezidenti Mahmud Əhmədinejad uran zənginləşdirməyə texnikasına yiyələnməyi ölkənin qanuni haqqı hesab edərək, bu haqdan keçməyəcəyini bildirib.

Kavyaninin fikrincə, İran hakimiyyəti, hələlik MAQATE ikə müzakirələri bəhanə edərək, heç bir təklifi ciddi şəkildə araşdırmaqdan imtina edir. "Bu fürsət tezliklə bitəcəkdir. Noyabrın 19-da MAQATE-İran arasında olan müzakirələr bitəcəkdir və məncə, heç bir qane edici nəticə verməyəcək. Buna görə, BMT təhlükəsizlik şurasının, İrana qarşı 3-cü qətnamənin tətbiq etməsi istisna olunmur. İran isə, bu qətnamənin təsdiqindən sonra, MAQATE ilə əməkdaşlığını pozacaq və yenə də nüvə planının qovluğu BMT təhlükəsizlik şurasına göndəriləcəkdir.

Xəbər lenti

Xəbər lenti