...

"Sülh korpusu" Azərbaycanda könüllülərin sayını artıracaq

Siyasət Materials 6 Noyabr 2007 13:14 (UTC +04:00)
"Sülh korpusu" Azərbaycanda könüllülərin sayını artıracaq

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ 2008-ci ildə "Sülh korpusu" Azərbaycanda könüllülərin sayını artıracaq. Bu barədə jurnalistlərə çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında sülhməramlı korpusun rəhbəri Ronald Tşetter məlumat verib.

"Biz bu məsələni Azərbaycan prezidenti ilə müzakirə etdik və ümid edirik ki, gələn il könüllülərin sayı 120-yə çatacaq" - deyə o bildirib.

Onun sözələrinə görə, prezidentlə görüş zamanı həmçinin fəaliyyət sahələrinin genişləndirilməsinə dair razılaşma qəbul olunub. "Mən bizim digər ölkələrdə səhiyyə, ekologiya sahələrində və aqrar sektorda mövcud olan təcrübəmiz barədə prezidentə məlumat verdim" - deyə Tşetter əlavə edib.

"Sülh korpusu" 2003-cü ildə təsis edilib və Azərbaycanda 181 könüllü xidmət edib. Hazırda Azərbaycanda 85 könüllü xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti