...

Avropa İttifaqı ilə Qara dəniz regionu arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunacaq

Siyasət Materials 8 Noyabr 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa İttifaqı ilə Qara dəniz regionu arasında əlaqələrin gələcək perspektivləri və genişləndirilməsi məsələsi noyabrın 10-11-dəYunanıstanda müzakirə olunacaq. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Məclisinin və Qara Dəniz Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin birgə təşkil etdiyi "Avropa İttifaqı ilə Qara Dəniz regionu arasında münasibətlərin yeni spektrlərinin müəyyən edilməsində parlamentlərin rolu" mövzusuna həsr olunmuş seminar iki gün davam edəcək.

Tədbirdə Azərbaycanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Məclisinin vitse-prezidenti, millət vəkili Asəf Hacıyev təmsil edəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Məclisində 12 ölkə təmsil olunur. Azərbaycan təşkilatın tam hüquqlu üzvüdür.

Xəbər lenti

Xəbər lenti