...

Baş katib: Azad ticarət zonası hesabına GUAM ölkələri arasındakı ticarətin həcmi artacaq

Siyasət Materials 15 Noyabr 2007 00:32 (UTC +04:00)
Baş katib: Azad ticarət zonası hesabına GUAM ölkələri arasındakı ticarətin həcmi artacaq

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitskiy/ 2006-cı ildə GUAM ölkələri arasında mal dövriyyəsinin həcmi 2 milyard dollar təşkil edib. 2007-ci ildə bu rəqəmin 3 milyard dollara çatacağı gözlənilir , yaxın beş ildə isə müvafiq göstərici 10 milyard ola bilər . Bu sözləri Trend ə müsahibəsində GUAM-ın baş katibi Valerii Çeçelaşvili deyib .

" Düşünürəm ki , GUAM-ın azad ticarət zonası menxanizmləri təkmilləşdikcə , bu ticarət gələcəkdə də belə templərlə inkişaf edəcək " - deyə Çeçelaşvili vurğulayıb .

2006-cı ilin mayın 23-də GUAM-ın Kiyev sammitinin yekununda Ukrayna prezidenti Viktor Yuşenko bəyan edib ki , GUAM üzvləri ( Gürcüstan , Ukraina, Azərbaycan və Moldova) azad ticarət zonasını yaradıblar .

Onun sözlərinə görə , Kiyevdə " Demokratiya və inkişaf uğrunda təşkilat-GUAM " dövlət başçılarının sammitində faktiki olaraq Ukrayna , Azərbaycan , Gürcüstan və Moldova arasında azad ticarət zonası yaradılmışdır . Bununla əlaqədər belə bir zonaya dair müddəanın reallaşdırılması ilə bağlı protokol imzalanmışdır .

Bununla yanaşı Ukrayna prezidenti qeyd edib ki , bu , yalnız işin başlanğıcıdır . Çünki indii dörd ölkənin hökuməti gömrük və tarif tənzimlənməsi ilə bağlı məsələləri , konkret olaraq nəqliyyat sahəsindəki məsələləri həll etməlidir . Yuşenko həmçinin ümidvar olduğunu bildirib ki , bu vəzifələr uğurla yerinə yetiriləcək .

Xəbər lenti

Xəbər lenti