...

"Müxalifət daxilində sabitlik yoxdur"- hakim partiyanın rəsmisi

Siyasət Materials 20 Noyabr 2007 16:06 (UTC +04:00)
"Müxalifət daxilində sabitlik yoxdur"- hakim partiyanın rəsmisi

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Hakimiyyət hesab edir ki, müxalifət qüvvələri parçalanmış vəziyyətdədir və müxalifət daxilində sabitlik yoxdur. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, millət vəkili Əli Əhmədov bildirib.

"YAP Azərbaycanın siyasi həyatında kifayət qədər möhkəm gücə və dayaqlara malik olan siyasi təşkilatdır. Bizə rəqiblik edənlər isə, çox yerə parçalanıblar. Mən bunun yaxşı və ya pis olması haqqında fikir söyləmək istəmirəm. YAP kifayət qədər sabit daxili birliyə malik olan partiyadır. Bizim rəqiblərimizin düşərgəsində isə, daxili sabitlik mövcud deyil. Bu da YAP rəqiblərini və ya hakim partiyaya rəqib olmaq istəyənləri çoxlu yerə parçalayıbdır", -deyə YAP rəsmisi əlavə edib.

Əhmədov vurğulayıb ki, hakimiyyətlə bir yerdə olmayanları və hakimiyyətə qarşı çıxanları özlərinə rəqib hesab edirlər.

Onun fikrincə, cəmiyyətdə YAP-nın tərəfdarları çoxdur. Bu isə onu deməyə əsas verir ki, cəmiyyətdə YAP-nın rəqibləri azdır və az olan rəqiblər çoxluğa parçalanıblar: "Ona görə də, bizim rəqiblərin hansının layiqli, hansıların buna uyğun olmadığı haqda fikir söyləmək istəmirəm. Siyasi mübarizəmizi aparırıq və öz gücümüzə inanırıq . Rəqiblərimzin vəziyyətini yaxşı bilirik".

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti