...

Azərbaycan prezidenti Türkiyə Ali Məhkəməsinin sədrini qəbul edib

Siyasət Materials 22 Noyabr 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Prezident sarayında Türkiyə Ali Məhkəməsinin sədri Osman Arslanı qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün istiqamətlər üzrə yüksək səviyyədə olduğu vurğulanıb, hüquq mühafizə və ədalət mühakiməsi orqanlarının əməkdaşlığının da qarşılıqlı münasibətlərin inkişafına öz töhfəsini verdiyi bildirilib.

Türkiyə Ali Məhkəməsi sədrinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq strukturları arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti