...

Riqada "GUAM-ın Aİ-də dostlar qrupu" təqdim olunacaq - səfir

Siyasət Materials 22 Noyabr 2007 15:38 (UTC +04:00)
Riqada "GUAM-ın Aİ-də dostlar qrupu" təqdim olunacaq - səfir

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Cümə axşamı Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarovun Riqadan telefonla verdiyi məlumata görə, "GUAM-ın Avropa İttifaqında dostlar qrupu" noyabrın 23-də Riqada təqdim olunacaq.

Litva prezidenti Valdas Adamkus oktyabr ayında "Dekokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat- GUAM"ın onillik yubileyində və Litva, Ukrayna, Azərbaycan, Moldova və Gürcüstan prezidentlərinin energi təhlükəsizliyi üzrə Vilnüsdə keçirilən konfransında "GUAM-ın Avropa İttifaqında dostlar qrupu"nu yaratmağa çağırıb. Litva prezidenti Adamkus bu təşəbbüslə Avropaya inteqrasiya prosesində GUAM dövlətlərinə yardım etmək məqsədilə çıxış edib.

GUAM formatı 1999-cu ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

"Dostlar qrupu"nun inauqurasiyası cümə günü Latviyanın paytaxtında keçiriləcək "Baltikyanı ölkələr və Avropra İttifaqının Avropa Qonşuluq Siyasəti" beynəlxalq konfransında baş tutacaq. Konfrans Latviya Xairci İşlər Nazirliyi və Avropa Komissiyasının Latviyadakı nümayəndəliyinin vasitəçiliyi ilə keçiriləcək" - deyə səfir bildirib.

"Biz ümid edirik ki, yenidən yaradılmış struktur GUAM-ın konkret proqramlarının reallaşmasına kömək edəcək və təşkilata üzv dövlətlərin Aİ ölkələri ilə əlaqələrini fəallaşdıracaq" - deyə səfir qeyd edib.

"İnauqurasiya mərasimində və konfransda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək" - deyə diplomat bildirib. Konfrans çərçivəsində nazir Aİ-nin və konfransın digər iştirakçı dövlətlərinin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Konfransda 30 ölkədən 200-dən çox siyasi xadimin, hər üç Baltikyanı ölkənin, Latviya və Estoniyanın spikerləri, eləcə də Estoniya və Litvanın XİN rəhbərləri iştirak edəcəklər. Ermənistan, Gürcüstan, Belarus və Moldovanın xarici işlər nazirlərinin müavinləri də konfransda iştirak edəcəklər. Konfransda həmçinin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Qonşuluq Siyasətinin koordinasiya direktoru Rutqer Viselsa və Avropa Parlamentinin vitse-prezidenti Diana Volisin iştirak edəcəyi gözlənilir. Latviya prezidentinin veb-saytının məlumatında belə deyilir.

Xəbər lenti

Xəbər lenti