...

Azərbaycanın müdafiə naziri Qazaxıstana gedəcək

Siyasət Materials 26 Noyabr 2007 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Qazaxıstanın paytaxtı Astana şəhərində noyabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) müdafiə nazirlərinin toplantısı keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, toplantıda iştirak etmək üçün Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Qazaxıstana yola düşəcək. Müdafiə nazirlərinin toplantısında MDB çərçivəsində hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti