...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Siyasət Materials 28 Noyabr 2007 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 28 noyabr 2007-cı il tarixində Bakı Fond Birjasında (BFB) Milli Bankın 50100518S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 50 000 000 manat, hərraca çıxarılan həcm 45 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə BFB-nın çərşənbə günü yaydığı məlumatda bildirilir.

Hərracda 7 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 42 091 200 manat təşkil edib. Sifarişlər 99.08% (gəlirlik 11.94%) - 99.31% (gəlirlik 8.93%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.08% (gəlirlik 11.94%), orta ölçülmüş qiyməti - 99.19% (gəlirlik 10.50%) səviyyəsində Milli Bank tərəfindən müəyyənləşdirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 42 091 200 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 26 dekabrdır.

Xəbər lenti

Xəbər lenti