...

Rusiyanın müdafiə naziri Qəbələ RLS-də olub (video)

Siyasət Materials 28 Noyabr 2007 15:45 (UTC +04:00)
Rusiyanın müdafiə naziri Qəbələ RLS-də olub (video)

Azərbaycan, Qəbələ / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bu gün günorta saatlarında Qəbələ Radiolokasiya Stansiyasında (RLS) olub. Rusiyalı nazir bir saat ərzində stansiyanın fəaliyyəti ilə tanış olub.

Serdyukovu Azərbaycanın müdafiə naziri Səfər Əbiyev müşayiət edib. Rusiyanın müdafiə naziri Azərbaycana səfərinin və Qəbələ RLS-ə gəlişinin səbəbləri barədə mətbuata açıqlama verməyib.

Qəbələ Radiolokasiya Stansiyası yer və dəniz ballistik raketlərinin buraxılışını aşkar etmək məqsədi daşıyan və raket zərbəsi barədə öncədən xəbərdarlıq edən stansiyalardan biridir. Stansiya nüvə döyüş başlıqları daşımağa və kosmik məkanı fasiləsiz olaraq nəzarətdə saxlamağa qadirdir.

Stansiya yerləşdiyi yerdən 6 min kilometr məsafədə vəziyyəti nəzarətdə saxlamağa qadirdir.

Stansiya istifadəyə 1985-ci ildə verilib. Rəsmi məlumatlara görə, Qəbələ RLS-in texniki resursları stansiyanın, 2012-ci il də daxil olmaqla olan müddətə qədər iş qabiliyyətini təmin edir.

Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib. 2006-cı ilin əvvəlindən Azərbaycan RLS-dən istifadə müqabilində, illik icarə haqqının 7 mln. dollardan 14,4 mln. dollara qədər artırılması barədə məsələ qaldırıb.

Xəbər lenti

Xəbər lenti