...

Prezident İlham Əliyev Birlik günü münasibətilə Rumıniyanın Prezidenti Trayan Beseskunu təbrik edib

Siyasət Materials 30 Noyabr 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə bu ölkəninPrezidenti Trayan Beseskuya təbrik məktubu göndərib. Azərbaycan ilə Ruminiya arasındakı dostluq münasibətlərinin bu gün də uğurla inkişaf etməkdə olduğunu qeyd edən Prezidenti İlham Əliyev, iki ölkənin əlaqələrinin əhatə dairəsinin daha da genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi yolunda səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti