...

Amerikalılar başa düşürlər ki, Putinə real alternativ yoxdur- Rusiya eksperti

Siyasət Materials 1 Dekabr 2007 13:15 (UTC +04:00)
Amerikalılar başa düşürlər ki, Putinə real alternativ yoxdur- Rusiya eksperti

Rusiya, Moskva/ Trend , müxbir R.Ağayev/"RF-nin Dövlət Dumasına dekabrın 2-də keçiriləcək seçkilərin yekunu olaraq, Dumaya ən çoxu 3-4 partiya daxil olacaq". Rusiya politoloqu, Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun şöbə müdiri Sergey Markedenov belə hesab edir.

Politoloqun proqnozlarına görə, "Yedinoye Rossiya" ("Vahid Rusiya") partiyası ilə yanaşı, Dumaya Kommunist Partiyası da daxil olacaq, çünki bu partiya stabil, "dəmir" seçicilərə, yəni təqaüd yaşında olan insanlara malikdir. Markedonovun sözlərinə görə, Rusiyanın Liberal-Demokrat Partiyasının (RLDP) da şansları böyükdür, belə ki, bu, çox sərfəli resursdur. "RLDP Qərbə də lazımdır ki, bu partiya hər dəfə nümayiş etdirsin ki, bizdə necə də pis uşaqlar var imiş və əgər biz olmasaq, onlar gələcək. RLDP həm də ona görə sərfəlidir ki, bunlar həmişə büdcəyə və hər hansı bir mühüm idarəetmə təşəbbüslərinin lehinə səs verirlər. Bu çox sərfəli müxalifətdir, bu partiyanın timsalında, demək olar ki, bizdə müxalifət var və bununda da Qərbi qorxutmaq olar, lakin bu o müxalifətdir ki, heç vaxt səhvə yol verməz və necə lazımdırsa, elə də səs verər" - deyə Siyasi və Hərbi Analiz institutunun şöbə müdiri bildirib.

Markedonovun fikrincə, "Ədalətli Rusiya" məsələsi mübahisəli məsələdir, çünki, bu putinyönümlü, lakin "Vahid Rusiya" partiyasının əleyhinə olan partiyadır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, dekabrın 2-də Rusiyada keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etməkdən imtina etməsi ilə bağlı fikir bildirən Sergey Markedenov bildirib ki, RF-nin Mərkəzi Seçki Komissiyasının ATƏT-in bu strukturu ilə vəziyyəti Rusiyanın ATƏT-lə münaqişəsi adlandırmaq olmaz. Çünki Rusiya ATƏT-lə işləyir, məsələn, Minsk qrupunun çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə. Lakin politoloq Rusiyanın ATƏT, eləcə də, Qərblə praqmatik münasibətlərinə hər hansı bir seçkiqabağı ritorikanın mane olması ilə bağlı təəssüfünü gizlətməyib.

Poliloq əmindir ki, seçkilər normal xarici siyasət proseslərinə mane olmamalıdır. "Biz yadda saxlamalıyıq ki, "soyuq" müharibə hər bir sovet vətəndaşına baha başa gəldi. Belə hal baş versə, ona heç kim dözməyəcək, Vladimir Putin, düzgün fikirləşməyi bacaran adam kimi, bunu yaxşı başa düşür" - deyə politoloq hesab edir. "Vladimir Putin əlverişli tərəfdaşdır, o G8-lə yaxşı münasibətlərə malikdir, buna görə də ABŞ-ın Putini vəzifədən kənarlaşdırılmasını arzuladığını demək olmaz, çünki onlar özləri başa düşürlər ki, Putinə real alternativ yoxdur" - deyə Markedonov qeyd edib.

Xəbər lenti

Xəbər lenti