...

Gəncənin sabiq prokuror işçisi xuliqanlıq maddəsi ilə həbs edilib

Siyasət Materials 12 Dekabr 2007 10:10 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Prokurorluğunda müstəntiq işləmiş Məmmədəli Cəmil oğlu Novruzov həbs edilib. Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsinin müdiri İlqar Məmmədov çərşənbə günü Trend ə bildirib ki, Novruzov barəsində xulqanlıq edərək küt altlərlə 4 nəfərə xəsarət yetirdiyinə görə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onun sözlərinə görə, Novruzov bir qrup qohumu ilə birlikdə Gəncənin Totanlı küçəsinə gedərək orada bir neçə ev sahibinə ərazini ona məxsus olduğunu bildirib. Sakinlər həmin yerin onların olduğunu bildirdikdə, Novruzovun qohumları küçə sakinlərinə dəmir parçası ilə xəsarət yetiribəlr. Müstəntiq xəsarət alanların hamısının qadın olduğunu bildirib və əlavə edib ki, onlar tibbi ekspertizadan keçirilib, xəsarət aldıqları təsdiqlənib.

Məmmədov bildirib ki, Məmmədəli haqqında polis idarəsinə 20-yə qədər şikayət ərizəsi daxil olub. Şikayətlər içərsində bir neçə müəssisədən ünvanlanan ərizələr də var. Həmçinin Novruzov bir vətəndaşı aldadaraq bankdan onun adına 36 min dolları kredit götürüb, lakin kredit alana cəmi 30 min dollarını verib.

Müstəntiq Novruzov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq (221. 3) maddəsi ilə cinayət işinin açıldığını bildirib. Onun haqqında edilən şikayətlər təsdiqini taparsa, Novruzovu 3 ildən 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti