...

Almaniyanın ıranlı terrorçunu azadlığa buraxması iki ölkə arasında pərdəarxası razılıqların nəticəsində olub--iranlı politoloq

Siyasət Materials 12 Dekabr 2007 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ "Mikonus terroru"-nun səbəbkarlarının 15 il həbsdən sonra azadlığa buraxılıb, eyni zamanda, Almanyadan çıxarılmaları bəzi etiraz və şübhələrə səbəb olub.

"Almaniyanın ıranlı terrorçunu azadlığa buraxması, iki ölkə arasında pərdəarxası razılıqların nəticəsində olub"--iranlı politoloq Əlirza Nurizadə (Alireza Nourizadeh) bildirib.

1992-ci ildə Mikonus restoranında, İran vətəndaşı Kazım Darabi livanlı Abbas Rahil ilə birlikdə, 4 İran əsilli hakimiyyət müxalifini öldürüb. Almanya hakimiyyəti 2 terrorçunu ömürlük həbsə məhkum edib. Almaniya məhkəməsi bu terrorda İran rəsmilərinin əli olması qənaətinə gələrək, Darabini İranın kəşfiyyat və "Sepah" təşkilatına bağlı olduğunu bildirib. Terrorçular 15 illik həbsdən sonra, dekabrın 10-da azadlığa buraxılıblar.

Nurizadə çərşənbə axşamı Londondan telefonla Trend ə bildirib ki, Almaniya bir müddət əvvəl İranla pərdəarxası müzakirələrə keçib."Livanın Hizbullah təşkilatı tərəfindən girov götürülmüş israilli təyyarəçi Ran Arad və digər iki əsgərin azadlığa buraxılması ilə bağlı Almaniya bir ildən artıqdır ki, Hizbullah və İranla gizli müzakirələr aparır "-deyə, Nurizadə bildirib.

İranlı politoloqun fikrincə, Almaniya iki terrorçunu azadlığa buraxmaqla, İsrailin üç girov götürülmüş vətəndaşını azad etmək istəyib.

2005-ci ildə, İsrail 2 əsgərinin Hizbullah tərəfindən oğurlanmasına cavab olaraq, Livana hücum edib və iki ölkə arasında 33 günlük müharibə baş verib.

Nurizadə, bu müharibədə iki israilli əsgərin Livandan İrana keçirilməsini və onların birinin İranda həlak olunmasını bildirib. İran rəsmiləri bunu qətiyyətlə rədd edirlər.

Almaniyanın Doyçe-vele Agentliyinin dekabrın 11-də yaydığı məlumata əsasən, iki ölkə arasında gizli mübadilələrin baş verməsi yeni deyil. İranda həbs olunmuş almaniyalı Donald Klayn bir zaman, həmin gizli mübadilələr nəticəsində azadlığa buraxılıb. Almaniya rəsmiləri mübadilələrin olduğunu təkzib ediblər.

Xəbər lenti

Xəbər lenti