...

Prezident İlham Əliyev Qubadlı şəhəri Qara İlyasov adına 1 saylı orta məktəbin 125 illik yubileyi münasibətilə məktəbin kollektivini təbrik edib

Siyasət Materials 14 Dekabr 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bak/ Trend , Prezident İlham Əliyev Qubadlı şəhəri Qara İlyasov adına 1 saylı orta məktəbin 125 illik yubileyi münasibətilə məktəbin kollektivini təbrik edib. Regionda təhsil şəbəkəsinin inkişaf etdirilməsində və gənc nəslin dünyəvi elmləri mənimsəməsində bu qocaman tədris müəssisəsinin xüsusi xidmətləri olduğunu qeyd edən ölkəmizin başçısı, məktəbin məzunları arasında Azərbaycanın ictimai-siyasi, mədəni-elmi həyatında yaxından iştirak etmiş ictimai xadimlər, yazıçılar və alimlərin olduğunu vurğulayb. . Ermənistan tərəfindən işğala məruz qalmş Qubadlınn digər təhsil və mədəniyyət ocaqları kimi, Qara İlyasov adna 1 saylı orta məktəb bu gün Sumqayıt şəhərində məskunlaşsa da, uzun illər boy qazandığı pedaqoji nailiyyətlərini davam etdirir, vətənpərvər ruhlu övladlar yetişdirilməsində qüvvə və bacarığını əsirgəmir. Prezident Əliyev ümidvar olduğunu bildirib ki, ölkəmizin maarifçilik ənənələrinə sadiq qalan məktəb, təhsil sistemimizin inkişaf etdirilməsi işinə bundan sonra da öz töhfəsini verəcəkdir.

Xəbər lenti

Xəbər lenti