Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanla Belarus Müdafiə nazirlikləri arasında çərşənbə axşamı 2008-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Müdafiə Nazirliyindən çərşənbə axşamı Trend ə bildirilib ki, imzalanmadan əvvəl iki ölkənin müdafiə nazirlərinin görüşü keçirilib.
Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Belarusun müdafiə naziri, general-polkovnik Leonid Maltsev imzalayıblar.
Əməkdaşlıq Planında iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın əsas isiqamətləri müəyyən olunub.
Belarusun müdafiə naziri, general-polkovnik Maltsev azərbaycanlı həmkarının dəvəti ilə dekabrın 17-də Bakıya üç günlük rəsmi səfərə gəlib.
Səfər zamanı qonaq həmçinin baş nazir, Milli Məclisin sədri və müdafiə sənayesi naziri ilə görüşlər keçirəcək.