Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları Özbəkistanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər. Bu barədə çərşənbə axşamı Milli Məclisdə məlumat verilib.
"Mili Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov, deputat Zahid Oruc Özbəkistanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dekabrın 20 - 24 - dək Daşkənddə səfərdə olacaqlar", - deyə məlumatda qeyd olunub.
Azərbaycan parlamentinin deputatları beynəlxalq müşahidəçi kimi Daşkənddə seçki prosesini izləyəcəklər.