...

Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin iki müəssisəsi ilə tanış olub

Siyasət Materials 21 Dekabr 2007 15:47 (UTC +04:00)
Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin iki müəssisəsi ilə tanış olub

Azərbaycan, Bakı / Trend , E.Hüseynov, Y.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyev cümə günü ölkənin Müdafiə Sənayesi Nazirliyinin iki müəssisəsinə baş çəkib.

Dövlət başçısı Bakıda Nazirliyin Müdafiə, Kəşfiyyat, Naviqasiya və Rabitə Sistemləri üzrə İstehsalat Birliyinin "Peyk" zavodunun açılış mərasimində iştirak edib.

Tədbirdə hələ keçmiş SSSR-i dövründə yaradılan zavodun 2006-cı ildə Azərbaycan Müdafiə Nazirliyinin balansına verildiyi və yenidən qurulduğu barədə dövlət başçısına məlumat verilib.

Yenidən qurma işlərinə sərf olunan vəsaitin 60 faizini dövlət, 40 faizi isə kreditlər hesabına təmin edilib.

İndi burada ildə 40 çeşiddə hərbi, mülki, o cümlədən, elektronika sənayesində ən vacib sayılan çoxlaylı çap lövhələri istehsal edilir

Dövlət başçısı cümə günü həmçinin "İqlim" Elm İstehsalat Müəssisəsi ilə də tanış olub.

Xəbər lenti

Xəbər lenti