...

BMT "Azərbaycan ərazilərinin hərbi yolla işğalı: hüquqi qiymətləndirmə" adlı məruzə yayıb

Siyasət Materials 25 Dekabr 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / BMT Baş Assambleyası Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan "Azərbaycan ərazilərinin hərbi yolla işğalı: hüquqi qiymətləndirmə" adlı məruzəni yayıb. Bu barədə çərşənbə axşamı ölkə XİN-dən məlumat verilib.

Məruzə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev tərəfindən təqdim olunub.

Burada Ermənistan-Azərbaycan münaqisəsinin tarixi, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən zorla işğalına dair ətraflı məlumat öz əksini tapıb. Burada Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə qiymət verilib.

"Görünür ki, Ermənistan Azərbaycan ərazilərini hərbi güc vasitəsilə işğal etmək və burada etnik təmizləmə aparmaqla bu ərazilər üzərində suverenlik əldə etmək məqsədi güdür" - deyə məruzədə bildirilir.

Xəbər lenti

Xəbər lenti