...

MSK nümayəndələri Gürcüstandakı prezident seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 26 Dekabr 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ 2008-ci il yanvarın 5-də Gürcüstanda keçiriləcək prezident seçkisində Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) dörd nəfər nümayəndəsi müşahidə aparacaq. Bu barədə Trend ə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, MSK-nın iki nəfər nümayəndəsi MDB müşahidə missiyasının tərkibində, digər iki təmsilçisi isə MSK adından Gürcüstandakı seçkilərin müşahidəsini aparacaq.

Qasımovun sözlərinə görə, ATƏT-in müşahidəçilər missiyasının tərkibində fəaliyyət göstərmək üçün isə bu beynəlxalq qurumdan MSK-ya dəvət gəlməyib.

Xəbər lenti

Xəbər lenti