...

Bölgələrə qazın verilməsi dayandırılıb

Siyasət Materials 28 Dekabr 2007 21:50 (UTC +04:00)

Azərbaycan,Bakı /müxbir Trend Ş.Cəliloğlu/ Bu gün səhər saatlarından Azərbaycanın şimal bölgəsində yerləşən dörd rayona təbii qazın verilməsi dayandırılıb. Trend in bölgə müxbirinin verdiyi məlumata əsasən Şəki, Qax, Zaqatala və Balakən rayonlarında səhərdən qaz yoxdur.

Balakən rayon İcra hakimiyyətindən verilən məlumata görə, rayonlara təbii qazın verilməsində fasiləyə səbəb Ağdaş rayonunun ərazisindən keçən maqistral qaz kəmərində qəzadır.

Məsələ ilə bağlı Ağdaş rayon qaz istismar idarəsindən verilən məlumata görə kəmərdə baş verən nasazlıq boru xəttində çürümə baş verməsi ilə əlaqədardır. Burada dedilər ki, bu kimi vəziyyət adi haldır, çünki boru torpağın al qatından keçdiyi üçün boru korroziyaya uğrayır. Hazırda maqistral xəttə təmir-barpa işləri aparılır. Sabah rayonlara təbii qazın verilməsi bərpa olunacaq.

Ağdaş rayon Polis idarəsindən verilən məlumata əsasən, kəmərdə baş verən nasazlığda cinəyət xarakteri əməl olmadığı üçün heç bir cinayət işi başlanılmayıb.

Xəbər lenti

Xəbər lenti