...

İsrailin fələstinli zəvvarların ölkəyə silah gətirməsi iddiası əsəssızdır-"Fəth"in mətbuat katibi

Siyasət Materials 30 Dekabr 2007 17:07 (UTC +04:00)
İsrailin fələstinli zəvvarların ölkəyə  silah  gətirməsi iddiası əsəssızdır-"Fəth"in  mətbuat katibi

Azərbaycan, Bakı / Trend , müxbir R.Hafizoğlu/ İsrailin həcc ziyarətindən qayıdan fələstinli zəvvarların ölkəyə silah gətirməsi iddiası əsassızdır. "NEWSRU" Aqentliyinin verdiyi məlumata görə, iki həftə bundan əvvəl həcc ziyarətinə gedən fələstinli zəvvarlar, Misirin Rafiax sərhəd məntəqəsindən Qəzzəyə girə biliblər.İsrailin fələstinli zəvvarların ölkəyə silah gətirməsi iddiası əsassızdır-deyə , "Fəth" hərəkatının mətbuat katibi Fəhmi əl-Zəarir Fələstindən bazar günü Trend ə telefonla bildirib. Zəarinin fikrincə, İsrailin fələstinli zavvarların ölkəyə silah gətirməsi iddiası heç bir məntiqə sığmır.Həcc ziyarətindən qayıdan zəvvarların bir neçə ölkəni silah və hərbi sürsatla keçməsi mümkün deyil.Zəarir, İsrailin dinc zəvvərlara qarşı bu addımı atmasını regiondakı münaqişənin siyasi zəmindən dini münaqişəyə çevriləyəcəyi ilə nəticələnəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti