...

ÜST Azərbaycanla əməkdaşlığın yeni imkanlarını müzakirə edəcək

Siyasət Materials 9 Yanvar 2008 18:17 (UTC +04:00)
ÜST Azərbaycanla əməkdaşlığın yeni imkanlarını müzakirə edəcək

Azərbaycan, Bakı, 9 yanvar/ Trend , müxbir S.Ağayeva/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlığın yeni imkanlarını müzakirə etmək niyyətindədir. Yanvarın sonunda, Bakıda, Azərbaycana qarşıdakı səfərinin gedişində ÜST-nin rəhbəri Marqaret Çan respublika hökuməti ilə bu məsələləri müzakirə edəcək. BMT-nin Cenevrə bölməsində və digər təşkilatlarda Azərbaycanın Daimi nümayəndəsi, səfir Elçin Əmirbəyov çərşənbə günü Cenevrədən telefonla Trend -ə məlumat verib.

Bu, ÜST-nin yeni rəhbərinin Azərbaycana ilk səfəridir. Səfərin gedişində Azərbaycan və təşkilat arasında imzalanmış qarşılıqlı anlaşma haqqında iki illik müqavilə üzrə əməkdaşlığın gələcək addımlarını müzakirə etmək planlaşdırılır.

Səfir bildirib ki, ÜST rəhbəri Səhiyyə Nazirliyində görüşlər keçirməyi, Heydər Əliyev Fondunda olmağı və ölkə rəhbərliyi ilə görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti