...

Azərbaycanda Türkiyənin PKK-ya qarşı mübarizəsinə dəstəyi nümayiş etdirən forum keçiriləcək

Siyasət Materials 16 Yanvar 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın siyasi, ictimai təşkilatlarının iştirakı ilə ayın sonlarında Türkiyənin PKK-ya qarşı apardığı mübarizəyə dəstəyi nümayiş etdirən forumun keçirilməsi gözlənilir, bu barədə çərşənbə günü Trend ə millət vəkili Pənah Hüseyn məlumat verib.

Ötən ilin noyabrında deputat və siyasətçilərin iştirakı ilə ilk belə bir forum keçirilmişdi. Toplantı Sülh və Demokratiya İnstitutunun təşkilatçılığı ilə reallaşmışdı.

Hüseyn bildirib ki, o, Milli Məclisin PKK-nı terrorçu təşkilat kimi tanıması üçün bəyanat hazırlayır. Fevralın 1-nə, Milli Məclisin yaz sessiyası başlayana qədər bu iş başa çatacaq: "İmzalanacaq sənədə Türkiyə prezidenti Abdulla Gülün keçən il Azərbaycana səfəri zamanı qəbul olunan Bakı bəyannaməsi də daxil olacaq. Çünki həmin sənəddə PKK ilə bağlı bənd var".

Milli Məclisin PKK-nın terrorçu təşkilat kimi tanınması üçün bəyanat hazırladığı bildirilmişdi və bunun üçün komissiya yaradılmışdı. Sonradan isə Türkiyə prezidenti Gülün keçən il Azərbaycana səfəri zamanı qəbul olunan Bakı bəyannaməsində bu məsələnin yer aldığı bildirilərək, həmin sənədin ratifikasiya olunacağı açıqlandı. Hakimiyyət təmsilçilərinin fikrincə, Milli Məclisin ayrıca belə bir bəyanat verməsinə ehtiyac yoxdur. Çünki Azərbaycan Xarici İşlər Nazirliyi PKK-nın terrorçu təşkilat olduğu barədə bəyanat verib.

Xəbər lenti

Xəbər lenti