...

Pərviz Müşərrəfin Avropa ölkələrinə səfəri seçkiqabağı dəstək almaq xarakteri daşıyır - pakistanlı ekspert

Siyasət Materials 23 Yanvar 2008 10:59 (UTC +04:00)
Pərviz Müşərrəfin Avropa ölkələrinə səfəri seçkiqabağı dəstək almaq xarakteri daşıyır - pakistanlı ekspert

Azərbaycan, Bakı, 22 yanvar / "Trend , müxbir R.Hafizoğlu/ Pakistan prezidenti Pərviz Müşərrəfin Avropa ölkələrinə səfəri fevral ayında keçiriləcək seçkilər üçün seçkiqabağı dəstək xarakteri daşıyır.

"Pərviz Müşərrəfin Avropa ölkələrinə səfəri, bu ölkələrdən seçkiqabağı dəstək almaqdan başqa bir şey deyil" - deyə pakistanlı politoloq Əbdülhəy Anis İslamabaddan Trend ə bildirib.

Qətərin "Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, Pakistan prezidenti Pərviz Müşərrəf yanvar ayının 21-dən etibərən Avropa ölkələrinə rəsmi səfərə başlayıb.

"Müşərrəf Avropa səfəri ilə bu ölkələrə bildirmək istəyir ki, Pakistanda və sərhədlərində olan "Əl-Qaidə" terrorçularına qarşı mübarizə aparmağa digər siyasi partiyaların gücü çatmayacaq" - deyə çərşənbə axşamı politoloq telefonla bildirib. Anisin fikrincə, Müşərrəfin siyasi müttəfiq əldə etmək istəyi uğursuzdur.

"Pakistanda bugünkü vəziyyət fevral ayının 18-də keçiriləcək prezident seçkilərinin baş tutmasına ümidsiz yanaşmağa əsas verir. Pakistanda vəziyyətin stabilləşməsi və seçkilərin baş tutması üçün Müşərrəfin istefa etməsi qaçılmazdır. Əks təqdirdə, Pakistanda olan vəziyyət daha da gərginləşəcək "-deyə ekspert vurğulayıb.

Xəbər lenti

Xəbər lenti