...

Beynəlxalq ekspertlər Azərbaycanda prezidentliyə namizədlərin qeydiyyat problemlərini müzakirə edəcəklər

Siyasət Materials 25 Yanvar 2008 12:45 (UTC +04:00)
Beynəlxalq ekspertlər Azərbaycanda prezidentliyə namizədlərin qeydiyyat problemlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 24 yanvar / Trend , müxbir K.Ramazanova / Beynəlxalq ekspertlər Azərbaycanda prezident seçkisi ərəfəsində namizədlərin qeydiyatı ilə bağlı problemləri müzakirə etmək niyyətindədirlər.

Fevralın birinci həftəsi Bakıda aparılacaq müzakirələrdə Avropa İttifaqının Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti iştirak edəcək. Bu barədə Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov Strasburqdan telefonla bildirib.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizəd 35 yaşdan yuxarı, Azərbaycan vətəndaşı olmalıdır. Son beş il ərzində Azərbaycanda yaşamalı, ikili vətəndaşlığı və digər ölkələr qarşısında borclu olmamalı və məhkəməyə düşməməlidir. Azərbaycanın prezidentliyə namizədi MSK-ya 45 min nəfərin imzası ilə imza vərəqəsini təqdim etməlidir.

Azərbaycan MSK-nın katibi Natiq Məmmədov Trend ə bildirib ki, namizədlərin qeydiyyatında vətəndaşların seçkidə iştirakına əngəl törədəcək problem yoxdur. O, namizədlərin şəxsi sənədlərinin və imza vərəqəsində problem yarandığı təqdirdə, 33 min manat ölçüsündə depozit ödəyəcəkləri mözvüsuna toxunub. "Bu, prezident seçkisi üçün böyük məbləğ deyil, ancaq onu gözdən keçirmək olar" - Məmmədov deyib.

2008-ci ildə nəzərdə tutulan prezident seçkisi ərəfəsində Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair müzakirələr aparılır.

Bakıda keçirilən görüş zamanı, seçki strukturlarının qərarlarının şikayət edilməsi üsulları və seçki zamanı zərflərin işlədilməsinin ləğvi məsələləri müzakirə ediləcək.

Kuznetsov əlavə edib ki, görüş zamanı ötən ilin noyabrında Bakıda keçirilən Dəyirmi masının nəticələri nəzərə alınacaq.

"Hazırda, dekabrda aldığımız layihə üzərində ekspertlər iş aparırlar" - Kuznetsov deyib.

Noyabrın əvvəlində Bakıda Venesiya Komissiyasının, ATƏT, hökumət nümayəndələrinin və ilk dəfə olaraq Azərbaycan partiyaları nümayəndələrinin iştirakı ilə Dəyirmi masa keçirilib. Görüşün gedişatında seçki komissiyasının tərkibi və seçki prosesləri ilə əlaqədar qərarların şikayət edilməsi məsələləri müzakirə edilib.

Bu msəsələlər üzrə işləri payızda yekunlaşdırmaq nəzərdə tutulsa da, müxalifət partiyalarının seçki komissiyasının tərkibinin müəyyənləşdirilməsi ilə bağlı mövqeyinə görə proses uzanıb. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku iyunda Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər və əlavələrin edilməsinə dair təklif paketini Venesiya Komissiyasına göndərib. Təklif paketində seçki komissiyasının tərkibinin paritet əsasda formalaşdırılması məsələsi əks edilib.

Azərbaycanın hazırkı Seçki Məcəlləsinə əsasən, şikayətlərə ali seçki komissiyaları və məhkəmələr baxır. Venesiya Komissiyasının nümayəndələri şikayətlərin baxılma müddətinin azaldılmasını təklif ediblər.

Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti tərəfindən seçki zamanı barmaqların nişanlanması haqqında maddə Məcəlləyə daxil edilib. Tərəflər seçki zamanı zərflərdən istifadə edilməməsi razılığına gəliblər.

Venesiya Komissiyasının Azərbaycan hökuməti ilə Seçki Məcəlləsinə dair danışıqlarının yazda tamamlanacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti