...

Azərbaycanda ictimai-siyasi təşkilatlar mitinqlərə başlayacaq

Siyasət Materials 26 Yanvar 2008 10:52 (UTC +04:00)
Azərbaycanda ictimai-siyasi təşkilatlar mitinqlərə başlayacaq

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir S.İlhamqızı/ Bir neçə ictimai-siyasi təşkilatlar yaz aylarında kütləvi etiraz aksiyalarına, mitinqlərə başlayacaqlar. Bu barədə Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov açıqlama verib.

İctimai, siyasi təşkilatlar ötən ilin sonunda Bakıda mitinq və əhali ilə görüşlər keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Lakin paytaxt rəhbərliyi bu tədbirlərin keçirilməsinə icazə verməmişdi.

Namazov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətindən bu günlərdə məhkəməyə şikayət verəcək və sərbəst toplaşmaq hüququnun bərpasına çalışacaqlar. O, hesab edir ki, kütləvi aksiylar keçirilməsi vacibdir. "Yaz aylarında isə Bakıda və Azərbaycanın bölgələrində geniş kütləvi tədbirlərə, mitiqlərə başlayacağıq. Etiraz aksiyaları ölkədə insan haqlarının pozulması, sosial problemlərlə bağlı olacaq. Həmçinin prezident seçkisi ərəfəsində isə seçki ilə bağlı mitinqlər keçirəcəyik"-deyə Namazov bildirib.

Namazov hesab edir ki, əhalinin ictimai, siyasi fəallığını artımaq üçün kütləvi tədbirlər keçirilməsi çox vacibdir.

Aksiyaların təşkilatçıları - Azərbaycan Naminə Forum, "Dalğa" Gənclər Hərəkatı, Ziyalılar Hərəkatı, hüquq-müdafiə təşkilatlarıdır.

Xəbər lenti

Xəbər lenti