...

Türkiyənin AB-yə qəbulu onun üçün heç də pis proses deyil, lakin AB-nin qanunları bu ölkənin ənənələrini sındıra bilər - Marqaret Tetçerin sabiq köməkçisi

Siyasət Materials 30 Yanvar 2008 00:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend müxbir K.Ramazanova, F.Rzayev/ Türkiyənin Avropa Birliyinə (AB) qəbulu onun üçün heç də pis proses deyil, lakin AB-nin qanunları bu ölkənin ənənələrini sındıra bilər. Bu fikri Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin sabiq köməkçisi Normann Stoun ifadə edib.

"Təsəvvür edin Türkiyəni 20-ci illərdə. Dağılmış bir yer idi. O vaxt orada yalnız 1-2 faiz savadlı idi. Bu gün isə Türkiyə özü hər şeyə nail olur" - deyə Stoun vurğulayıb.

Hazırda Türkiyə AB ilə danışıqlar aparır. 1963-cı ildə Türkiyə AB-nin sələfi ilə, yəni Avropa İqtisadi Birliyi (AİB) ilə müqavilə imzalayıb. Həmin sənəddə Türkiyənin bu quruma qəbuluna dair hüququ tanınırdı.

1978-1979-ci illərdə Türkiyəyə Yunanıstanla birgə AİB-ə üzv olmaq üçün təklif göndərilsə də, o bundan imtina edib.

1980-ci ildə baş vermiş hərbi çevrilişdən sonra Avropa Ankara ilə münasibətlərinə son qoyub və danışıqlar yalnız 1983-cü ildən sonra bərpa olunub. Bununla belə 1997-ci ildə keçirilən sammitdə AB Türkiyəni quruma üzvlüyə namizəd kimi tanımaqdan imtina edib. Bu hüququ Türkiyə yalnız 2000-ci ildə əldə edib, bir şərtlə ki, ölkə insan hüquqları sahəsindəki qanunvericiliyi təkmilləşdirəcək.

2002-ci ilin avqustunda Türkiyə parlamenti islahatlar proqramını təsdiqləyib və 2004-cü ilin oktyabrında Avropa komissiyası Türkiyənin AB-yə qəbulu ilə bağlı danışıqlara başlamağı tövsiyə edib.

Türkiyə ilə Avropa arasındakı münasibətləri Ankaranın 2004-cü ilin mayında AB-yə üzv olan Kipri tanımaq istəməməsi çətinləşdirir. 1974-ci ildə Türkiyə adanın şimal hissəsini işğal edib və o vaxtdan Türkiyə hökuməti adanın yunan hissəsinin legitimliyini tanımaqdan imtina edir.

Digər tərəfdən Türkiyə AB-nin daxili bazarını genişləndirəcək və yerli əhalinin qocalmasından əziyyət çəkən Avropa şirkətlərinə ixtisaslaşmış işçi qüvvəsini təqdim edəcək. BBC-nin məlumatlarına əsasən 2014-cü ildə Türkiyə əhalisinin 1/4 hissəsini gənclər təşkil edəcək.

Öz kitabı barədə bəhs edən Normann Stoun əlavə edib ki, türk və rus nəsilləri arasında düşmənçilik yoxdur.

Xəbər lenti

Xəbər lenti