...

Avropa ölkələri Dağlıq Qarabağ probleminin həllində ikili standart nümayiş etdirir-Azərbaycan müdafiə naziri

Siyasət Materials 2 Fevral 2008 13:25 (UTC +04:00)
Avropa ölkələri Dağlıq Qarabağ probleminin həllində ikili standart nümayiş etdirir-Azərbaycan müdafiə naziri

Azərbaycan, Bakı, 02 fevral / müxbr E.Hüseynli/ Ermənistan-Azərbaycan münaqişəsi Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə, uzanır və bu məsələdə bir sıra Avropa dövlətləri ikili standart nümayiş etdirir,-- şənbə günü Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev İsveçrə Konfederasiyasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain Quidettini qəbul edərkən bildirib.

Ermənistan 1988-1994-cü illər ərzində Azərbaycanın 20 faiz torpağını işğal edib. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı 1994-cü ildən ATƏT-in Minsk Qrupu həmsədrləri vasitəçilik edir. 14 ildə həmsədrlər müxtəlif təkliflərlə çıxış etsə də, Ermənistan tərəfinin təklifləri qəbul etməməsi ucbatından, münaqişənin həllinə nail olunmayıb.

Nazir bildirib ki, Avropa dövlətlərinin münaqişənin həllinə ikili satandartı yolverilməzdir və işğalçı öz adı ilə çağrılmalıdır. "Azərbaycan sülh danışıqlarına üstünlük verir. Lakin konkret bir nəticə olmazsa, biz öz torpaqlarımızı istənilən yolla, hətta hərbi yolla da azad etməyə qadirik"-- nazir əlavə edib.

Əbiyev şənbə günü Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq-Çulu da qəbul edərkən Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsini və bunun nəticəsində, 1 milyondan çox insanın məcburi surətdə yurd-yuvasından didərgin düşməsini, yüzlərlə yaşayış məntəqəsinin və mədəniyyət abidələrinin dağıdılmasını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti