...

Ümumdünya Poçt İttifaqı Azərbaycanla gələcək əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 7 Fevral 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral/ Trend , müxbir S.Ağayeva/ Ümumdünya Poçt İttifaqı Azərbaycanla əməkdaşlıqdan razıdır və onun gələcək inkişafında maraqlıdır.

İkitərəfli əməkdaşlığa bu qiyməti İttifaqın baş direktoru Eduard Dayan "Azərbaycanın poçt markaları: 1918-2007-ci illər" sərgisinin açılışında verib. Bu barədə Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat veriblər.

Sərgidə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun və sərginin keçirilməsinin təşəbbüsçüsü, Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyovun başçılığı ilə nümayəndə heyəti təmsil edib.

Sərgi Azərbaycan poçtunun dünya səviyyəsində keçirilən ən iri tədbiri olub. Sərginin gedişində bu illər ərzində Azərbaycanda buraxılan bütün poçt markaları nümayiş etdirilib. Bundan əlavə, sərginin keçirilməsi tarixi Azərbaycanın ÜPİ-ə daxil olmasının 15 illik yubileyi ilə üst-üstə düşüb.

Xəbər lenti

Xəbər lenti