...

Azərbaycan prezidenti Almaniyanın "Commerzbank"ının rəhbərini qəbul edib

Siyasət Materials 7 Fevral 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir S.İlhamqızı/Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Almaniyanın "Commerzbank"ının sədri vəzifəsini icra edən Martin Blessinqi qəbul edib. Azərbaycana ilk dəfə gəldiyini deyən qonaq bildirib ki, səfərinin məqsədi "Commerzbank"ın Bakı ofisinin rəsmi açılış mərasimində iştirak etməkdir. İki ölkə arasında iqtisadi sahədə əlaqələrin genişləndiyini məmnunluqla vurğulayan Blessinq rəhbərlik etdiyi bankın Bakı ofisinin açılmasına dəstəyinə görə ölkə rəhbərliyinə təşəkkürünü çatdırıb. O, ofisin fəaliyyətinin gələcəkdə iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəyini deyib. Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu baxımdan Bakıda Almaniya bankının ofisinin açılmasını əməkdaşlığın mühüm göstəricisi kimi qiymətləndirıb.

Xəbər lenti

Xəbər lenti