Azərbaycan, Bakı, 08 fevral / Trend / Azərbaycanın prezidenti İlham Əliyev fevralın 7-də "Müharibə Veteranlarının İctimai Komitəsi" Beynəlxalq İctimai Birliklər İttifaqının Bakıda keçirilən III qurultayının iştirakçılarını qəbul etmişdir.
Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycanda bütün müharibələrin veteranlarının, öz vətənini müdafiə etmiş, bu yolda əzab-əziyyət çəkmiş, sağlamlığını itirmiş, yaralanmış, qəhrəmanlıq göstərmiş insanların dəstəklənməsinə çox böyük diqqət yetiririk. Sizin nümunəniz böyüməkdə olan nəsil üçün, onun da sizin kimi vətənpərvərlik ruhunda böyüməsi və öz Vətənini, öz xalqını müdafiə etməyə həmişə hazır olması üçün çox vacibdir.