...

AMİP lideri prezident seçkisində namizəd olmaq təklifini müsbət qarşılayır

Siyasət Materials 11 Fevral 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov partiya fəallarının prezident seçkisində onun namizədliyini irəli sürmələrini müsbət qiymətləndirir.

"Sevindirici haldır ki, partiya üzvləri belə düşünürlər, mən bunu normal qarşılayıram"-deyə Məmmədov bazar ertəsi Trend ə açıqlamasında bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək.

Müxalifətçi Milli İstiqlal Partiyasının prezident seçkisində iştirak edib-etməməklə bağlı qərarı partiyanın apreldə keçiriləcək qurultayında çıxarılacaq.

AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib ki, partiya üzvləri arasında prezident seçkisində AMİP liderinin namizəd olmasını istəyənlər var.

Buna münasibətini açıqlayan Məmmədov bildirib ki, prezident seçkisində iştirak edib-etməməklə bağlı hələ qərara gəlməyib: "Partiya prezident seçkisində iştirakla bağlı özünün qərarını qəbul etsin, ondan sonra namizəd olub-olmamaq barədə fikrimi açıqlayacam"-deyə Məmmədov bildirib.

AMİP lideri 2003-cü ildə keçirilmiş prezident seçkisində iştirak etmiş, rəsmi məlumatlara əsasən, səkkiz nəfər namizəd arasında dördüncü yeri tutmuşdu.

Xəbər lenti

Xəbər lenti