...

Azərbaycanın hakim partiyası kütləvi aksiyalar keçirəcək

Siyasət Materials 12 Fevral 2008 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı,12 fevral / Trend ", müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi, hazırki dövlət başçısı İlham Əliyevin seçki təbliğatı üçün tədbirlər planı hazırlanıb. Bu barədə çərşənbə axşamı Trend ə YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. Xalq Cəbəhsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının daxil olduğu "Azadlıq" bloku, seçki komissiyalarının tərkibi dəyişməyəcəyi halda, seçkiyə qatılmayacağını bəyan edib.

Qurbanlı bildirib ki, tədbirlər planında təbliğat xaraktekrli kütləvi aksiyaların keçirilməsi də nəzərdə tutulur. "Seçki kampaniyası başlayanda, prezident İlham Əliyevin gördüyü işlərin ictimaiyyətə çatdırılması üçün böyük kampaniyalar reallaşdırılacaq"- Qurbanlı əlavə edib.

YAP 1992-ci ildə Naxçıvanda, keçmiş prezident Heydər Əliyev tərəfindən təsis olunub. Yaranmasından 6 ay sonra hakimiyyətə gələn YAP-ın hazırki sədri, prezident İlham Əliyevdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti