...

Hərbi doktrina Milli Məclisin yaz sessiyasında qəbul oluna bilər - vitse-spiker

Siyasət Materials 17 Fevral 2008 13:37 (UTC +04:00)

Dövlət başçısının sərəncamı ilə yaradılmış komissiya "Azərbaycan Respublikasının Hərbi Doktrinası"nı hazırlayıb və sözügedən sənəd tezliklə Milli Məclisə göndəriləcək. Bunu " ANS-Press "ə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, sənədin parlametin yaz sessiyasında qəbul edilməsi gözlənilir.

Birinci vitse-spiker bildirib ki, dünya təcrübəsində hərbi doktrinalarda ölkələrin hərbi strategiyası, müdafiə məsələləri, hərbi sahədə regional və beynəlxalq əməkdaşlıq öz əksini tapır: "Azərbaycanın hərbi doktrinasının əsasında müdafiə siyəsəti durur. Ümumiyyətlə, bizim indiyədək yürütdüyümüz siyasət heç bir ölkəyə, qonşularımıza qarşı hücuma, ərazi iddialarına əsaslanmayıb. İndiyədək qəbul edilmiş həm "Milli Təhlükəsizlik haqqında" qanun, həm də "Milli Təhlükəsizlik Konsepsiyası" da müdafiə xarakteri daşıyır. Amma sözsüz ki, biz başqa dövlətlərin Azərbaycan ərazisini işğal etməsi ilə də barışa bilmərik".

Ziyafət Əsgərovun sözlərinə görə, əsasən strateji məsələlərin yer aldığı hərbi doktrinada detallara çox varılmayıb. Çünki, detallar hərbi və müdafiə sahələri, milli təhlükəsizliklə bağlı qanunlarda öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti