...

Pakistan əhalisi seçkilərin demokratikliyinə inanmır - ekspertlər

Siyasət Materials 18 Fevral 2008 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir R.Hafizoğlu, D.Xatınoğlu/ Pakistanda keçirilən parlament seçkilərinin əhali və bəzi siyasi partiyalar tərəfindən boykot edilməsi seçkilərin demokratikliyinə inamsızlıqdan irəli gəlir. "Pakistan əhalisi və siyasi partiyalar seçkilərin demokratikliyinə inanmır" - deyə Pakistan Əmək Partiyasının baş katibi Faruq Təriq (Faruq Tariq) "Trendə" bildirib.

Fefralın 18-də Pakistanda parlament seçkiləri keçirilir. Kütləvi informasya vasitələrinin verdiyi məlumata görə, keçirilən seçkiləri bəzi siyasi partiyalar və əhalinin böyuk bir qismi boykot edib.

Təriq bazar ertəsi İslamabaddan telefonla Trend ə bildirib ki, seçkilərin azad şəraitdə keçirilməsinə inanmadıqları üçün Əmək Partiyası parlament seçkilərini baykot edib. "Əhali aktiv şəkildə seçkilərdə iştirak edtmir, partiyaların bəzisi də öz namizədlərini irəli sürməkdən imtina edib. Biz hakimiyyətin seçkidən sonra səslərin statistikasını dəyişdirəcəyinə əminik" - deyə Təriq bildirib. Təriqin fikrincə, əhalinin əksəriyyəti "Xalq" və "Müslim lig" Partiylarına səs vermək üçün seçkilərə qatılıb: "İndidən heç bir proqnaz vermək olmaz, lakin saxtakarlıq yolu ilə Pərviz Müşərrəfin partiyasının qələbəsi istisna olunmur".

Pakistan üzrə türkiyəli araşdırmaçı Mahmud Osmanoğlu isə telefonla Trend ə bildirib Pakistanda parlament seçkiləri hər iki halda Pərviz Müşərrəfin siyasi arenadan getməsinə səbəb olacağını istisna etmir. "Pakistanda əhalinin və siyasi partiyaların parlament seçkilərini boykot etməsi keçirilən seçkilərin demoktatik olmamasından irəli gəlir" - deyə Osmanoğlu bazar ertəsi İstanbuldan telefonla bildirib. Onun fikrincə, Pakistanda seçki ərəfəsində deyil, seçkilərdən sonra siyasi gərginlik artacaq.

"Pakistanda islam faktorunun güclü olduğunu unutmamaq lazımdır. Pakistanın ən böyük siyasi partiyası olan "Pakistan İslami Camaatı"nın seçkilərə qatılmaması vəziyyəti daha da gərginləşdirəcək" - deyə o qeyd edib. Osmanoğlu hesab edir ki, Nəvaz Şərifin və Pakistan Xalq Partiyasının lideri Asif Əli Zərdarinin "Biz seçkilərdən sonra Pərfiz Müşərrəflə hesablaşacağıq" demələri diqqəti çəkən məqamdır.

"Seçkilərdə mərhum baş nazir Bhuttonun və Nəvaz Şərifin partiyaları qalib gəlsə , hazırkı prezident Pərviz Müşərrəfi hakimiyyətdən uzaqlaşdıracaqlar. Bu partiyalar seçkilərdə səs qazanmasa, Pakistanda gec-tez dövlət çevrilişi olacağını istisna etmirəm" - deyə ekspert bildirib.

Pakistandakı parlament seçkilərində müşahidəçi qismində iştirak etmiş pakistanlı ekspert Əbdülhəy Anis də əhalinin keçirilən seçkilərin demokratikliyinə inanmaması fikrindədir.

"Pakistanın kiçik şəhər və əyalətlərində əhali seçkilərə inanmadığı üçün səsvermə məntəqələrinə gəlmir" - deyə Anis bazar ertəsi İslamabaddakı seçki məntəqəsindən Trend ə telefonla bildirib.

Onun fikrincə, vəziyyətin belə davam etməsi seçkilərin təkrar keçirilməsi ilə nəticələnəcək.

O, seçkidən sonrakı vəziyyətin gərginləşəcəyinin istisna etmir. "Parlament seçkilərindən sonra ölkədə çevrilişin olacağı mümkün deyil" - deyə politoloq bildirib.

Pakistanda parlament seçkiləri yanvar ayının 1-də keçirilməli idi. Lakin dekabrın 27-də keçmiş baş nazir Benazir Bhuttonun qətlindən sonra parlament seçkiləri fevral ayının 18-nə təyin olundu.

Xəbər lenti

Xəbər lenti