Məhkəmə qərarlarının icrasını təmin etmək üçün islahatlara ehtiyac var - ekspert

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Mülki işlərlə bağlı qəbul edilən və icraya yönəldilən məhkəmə qərarlarının müəyyən hissəsi obyektiv və subyektiv səbəblərdən icra olunmur.

Ekspertlər Azərbaycanda məhkəmə qərarlarının icra olunmamasını müxtəlif səbəblərlə əlaqələndirirlər.

Vəkil Aslan İsmayılov məhkəmə qərarlarının icra olunmamasının əsas səbəbini ilk növbədə bu sahədəki qanunvericiliyin icra olunmaması ilə əlaqələndirir.

Onun sözlərinə görə, məhkəmə qərarları icra olunarkən tapşırıq, rüşvət, vəzifəli şəxslərin müdaxiləsi mühüm rol oynadığından qərarların icrası yubanır.

Vəkil hesab edir ki, vətəndaşların hüquqi savadsızlığı da qərarların icrasına təsir edən amillərdəndir.

"Vətəndaşlar özlərini öldürmək, yandırmaqla məhkəmə icraçılarını hədələyirlər. Bu halda belə məhkəmə icraçıları qərarı icra etməlidir. Vətəndaşlar anlamalıdır ki, məhkəmə qərarlarının icrası hamı üçün məcburidir" - deyə İsmayılov vurğulayıb.

Ismayılov məhkəmə qərarlarının icra olunmaması ilə bağlıAvropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarlarının bu sistemin təkmilləşdirilməsində rol oynayacağına əmindir.

Bu sahədə islahatlara ehtiyac olduğunu deyən vəkil bildirib ki, məhkəmə qərarlarının icrasını həyata keçirən Məhkəmə İcraçıları Baş İdarəsi Ədliyyə Nazirlinin tabeçiliyindən çıxarılmalı və müstəqil qurum kimi fəaliyyət göstərməlidir. "Bu, məhkəmə icraçılarının daha müstəqil olması üçün lazımdır. Məhkəmə icraçılarına həd?-qorxular, təzyiqlər coxdur. Ona görə də onların statusu artırılmalıdır" - deyə İsmayılov vurğulayıb.

Hüquqşünas-ekspert Rəşid Hacılı isə məhkəmə qərarlarının icra olunmamasının ilk və əsas səbəbini məhkəmə hakimiyyətinin müstəqil güc sahibi olmaması ilə əlaqələndirib. Məhkəmə hakimiyyətinin icra hakimiyyətindən asılılığını deyən vəkil bildirib ki, məhkəmə qərarlarının icrası hakimlərdən asılı deyil.

İkinci səbəb kimi isə Məhkəmə İcraçıları Baş İdarəsinin öz vəzifələrini yerinə yetirə bilməməsini qeyd edən ekspert deyir ki, çox zaman qərarlar vəzifəli şəxslər, dövlət məmurları və dövlət təşkilatları ilə bağlı olduğundan icraçıların həmin qərarları icra etməyə gücü çatmır. Məhkəmə İcraçıları Baş İdarəsinin müstəqil qurum kimi fəaliyyət göstərəcəyi təqdirdə problemin həll olunacağına ümid etməyən vəkil hesab edir ki, həmin idarənin Ədliyyə Nazirliyinin tərkibində qanunauyğun şəkildə fəaliyyəti daha məqsədəuyğundur.

Məhkəmə qərarlarının icrasına nail olmaq üçün ilk növbədə məhkəmə hakimiyyətinin müstəqilliyinə və cəmiyyətdə nüfuzunu qaldırmağa nail olmağı vacib sayan Hacılı qeyd edib ki, vətəndaşlarda qərarların ədalətliliyinə inam olmadığından məhkəmə qərarlarını icra etmək istəmirlər. "Məhkəmə hakimiyyəti güclü olarsa, qərarları icra etməyən şəxslər barəsində məhkəmələr ədalətli qərar qəbul edərsə, qərarlar da vaxtında icra olunar" - deyə Hacılı bildirib.

Onun sözlərinə görə, praktikada məhkəmə qərarlarını icra etməyənlər barəsində cinayət məsuliyyəti ilə bağlı məsələ fraqmental xarakter daşıyır. "Əgər nazir məhkəmə qərarını icra etmirsə, o, cinayət məsuliyyətindən azaddır. Yalnız nazir vəzifəsindən çıxarılarsa, o, cinayət məsuliyyətə cəlb oluna bilər" - deyə ekspert vurğulayıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, ötən il yerli məhkəmə icraçıları qurumlarının icraatında olmuş 100 mindən çox icra sənədi üzrə tədbirlər həyata keçirilib.

Nazirlikdən bildirilib ki, bu sahədə vətəndaşlardan daxil olan şikayətlərin sayı 2006-cı illə müqayisədə 10,% azalıb.

Məhkəmə qərarlarının icrası ilə bağlı məhkəmə icraçılarının qanuni tələblərini yerinə yetirməyən 536 şəxs inzibati məsuliyyətə cəlb edilib, məhkəmə qərarını icra etmədiyinə görə məhkəmə icraçılarının təqdimatlarına əsasən 196 şəxs barəsində cinayət işinin başlanılması haqqında xüsusi qərardad çıxarılıb.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəyev Trend ə bildirib ki, məhkəmə qərarlarının icra olunmaması daha cox obyektiv səbəblərlə bağlıdır.

"Belə ki, əksər vaxtlarda borclu axtarılır tapılmır, ödəməni yönəltmək üçün borclunun əmlakı olmur. Əgər borclunun bir yaşayış evi varsa və ailəsi ilə orada yaşayırsa, icranın həmin evə yönəldilməsinə qanun icazə vermir. Borclunun iş yeri, heç bir əmlakı olmur və bu səbəbdən də məhkəmə qərarı icra edilmir" - deyə Mirzəyev vurğulayıb.

Ali Məhkəmənin hakimi qeyd edib ki, vətəndaş məhkəməyə müraciət edərkən ilk mərhələdə birinci instansiya məhkəməsi icranı təmin etmək məqsədilə mübahisələndirilən əmlak üzərinə həbs qoymalıdır.

"Hesab edirəm ki, belə olarsa, məhkəmə qərarları daha operativ icra olunar" - deyə Mirzəyev vurğulayıb.

Mirzəyev deyib ki, qanunvericilikdə apellyasiya məhkəməsinin qətnaməsindən sonra məhkəmə qətnaməsinin dərhal icraya yönəldilməsi də bu sahədə problemlər yaradır. Onun sözlərinə görə, Mülki-Prossesual Məcəlləyə təklif olunan dəyişikliklərdən biri də, apellyasiya məhkəməsi qətnaməsinin kassasiya qaydasında işə baxılıb qurtarana qədər məhkəmə qərarının qüvvəyə minməməsi və icraya yönəldilməməsidir.

"Hesab edirəm ki, bu dəyişiklikdən sonra məhkəmə qərarlarının icrası sahəsindəki problemlərin böyük qismi həllini tapacaq" - deyə Ali Məhkəmənin hakimi bildirib.

Mirzəyev icranın yubanmasının bəzi hallarda məhkəmə icraçılarından da asılı olduğunu deyib. Onun sözlərinə görə, məhkəmə icraçıları qərarın vaxtında icra olunması üçün operativ tədbirlər həyata keçirmirlər.

Cinayət Məcəlləsinin 306-cı maddəsində məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə cinayət məsuliyyətini nəzərdə tutur.

Bu əməl vəzifəli şəxs tərəfindən törədildikdə şərti maliyyə vahidinin min mislindən iki min mislinədək cərimə və ya 2 ilədək islah işləri və ya 3 ilədək müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşgul olma hüququndan məhrum etməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarların ikisi (İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin keçmiş direktoru Bəhram Tarverdiyev və Respublika Doğum Evinin baş həkimi Lətifə Əfəndiyevanın şikayəti) məhkəmə qərarlarının icra olnmaması ilə bağlıdır.

Tarverdiyev məhkəmənin 21 avqust 2001-ci il tarixli qətnaməsi ilə işinə bərpa olunsa da, Ekalogiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə qərarını icra etməyib.

Əfəndiyeva 9 sentyabr 1994-cü ildə Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə işinə bərpa olunsa da, sabiq s?hiyy? naziri ?li İnsanov məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırıb. Məhkəmə qərarını icra etmədiyi üçün hazırda həbsdə olan sabiq səhiyyə naziri barəsində 10 yanvar 1995-ci ildə cinayət işi açılsa da, sonrada həmin cinayət işi xitam olunub. Sabiq nazirin həbsindən sonra həmin ittiham onun işinə əlavə edilib.

Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Loading Bars
Xəbər lenti
İranla Azərbaycan arasındakı gərginlik dövlətimizin haqlı olduğunu sübuta yetirdi - ŞƏRH
Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb
Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? - RƏSMİ
Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
Aİ nümayəndəliyinin rəhbəri post-müharibə dövründə Azərbaycana maliyyə dəstəyi barədə danışıb
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib (FOTO)
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb (VİDEO)
Onlayn narkotik satan narkomafiyaya hökm oxundu
Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub
Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi
3 rayona yeni prokuror təyin edildi
Qanunsuz ov edən ərəblər saxlanıldı
Abşeronda 4 şəhidin il mərasimi keçirilib (FOTO)
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb
İspaniyada püskürən vulkan 2 mindən çox tikiliyə ziyan vurub
Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı
Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)
Hərbi Akademiyada beynәlxalq elmi-praktik konfrans keçirilir (FOTO)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb
Direktor müavini olmaq istəyənlər üçün əlavə müsahibə keçirilir
Sabah külək əsəcək
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi
Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
BDU və MDU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib (FOTO)
“Tut əlimdən”: bu dəfə şəhid Rəhim Hüseynovun övladları ilə nazir müavini yaddaqalan gün keçirdi (FOTO)
"Gənclik" metrostansiyası bu gün gücləndirilmiş rejimə keçir
Bakıda Macarıstan Universiteti Forumu çərçivəsində məzunların görüşü olub
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-prezidenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)
“Azərpoçt” yeni layihəyə başlayır
Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytarılıb
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələrin qışa hazırlığını yoxlayıb (FOTO/VİDEO)
Bakıda 1722 manata kirayə mənzillər verilir
Xarici valyutaların manata qarşı məzənnələri
Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir
Kriştiano Ronaldo Çempionlar Liqasında unikal rekorda imza atıb
Çində partlayış olub, ölən və yaralananlar var
Tramp özünün sosial şəbəkəsinin fəaliyyətə başlayacağını açıqlayıb
"Netflix"in işində fasilələr yaranıb
Türkiyədə zəlzələ baş verib
ABŞ-da "Moderna" və "J&J" peyvəndlərinin 3-cu dozasının vurdurlmasına icazə verilib
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma Zəngilanda Azərbaycan muğamının valehedici sədaları! (VİDEO)
Bütün xəbərlər