...

İKT-nin Baş katibi Məhəmməd peyğəmbərin karikaturalarının təkrar nəşrini pisləyib

Siyasət Materials 20 Fevral 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral/ Trend , müxbir A. Qasımova/ İslam Konfransı Təşkilatının (İKT) Baş katibi Danimarka qəzetləri tərəfindən Məhəmməd peyğəmbərin karikaturalarının təkrar nəşrini pisləyib. "Biz nifrətə təhrik edən belə "gözə çarpan akt"-a görə təəssüf edirik. Danimarka mətbuatına belə addımın təkcə Danimarka müsəlmanları deyil, islamın dünyadakı 1,3 mlrd. ardıcılına da toxunacağını məlumdur", - İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu bildirib.

Ötən həftə onadək Danimarka qəzeti üç müsəlman tərəfindən karikaturaların 73 yaşlı müəllifi Kurt Vesterqaarda qarşı planlaşdırılan qəsdə etiraz əlaməti olaraq, yenidən peyğəmbərin şəkli ilə rəsmləri nəşr ediblər. Danimarka mətbuatında islamın banisinin karikaturalarının yenidən nəşri şimal krallıq və dünyadakı müsəlmanların böyük etirazına səbəb olub.

"Müsəlmanlar heç vaxt söz azadlığına qarşı olmayıblar. Lakin onlar bu hüquqdan istifadəyə görə, heç olmasa, minimum hörmət və məsuliyyət tələb edirlər", - İhsanoğlunun çərşənbə günü Trend -a İKT-nin mətbuat xidməti tərəfindən verilən bəyanatında deyilir. İhsanoğlu öz vətəndaşlarının hüquqlarını müdafiə edən Danimarka hakimiyyətini daha tolerant olmağa, Danimarkanın müsəlman vətəndaşlarını isə, öz nəzər- nöqtələrini dinc və demokratik yolla müdafiə etməyə çağırıb.

Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (FKƏDƏŞ) da çərşənbə axşamı, Danimarka qəzetləri tərəfindən Məhəmməd peyğəmbərin karikaturalarının təkrar nəşrini pisləyib. FKƏDƏŞ-in Baş katibi Əbdül Rəhman əl-Ətiyyə baş verənləri "yüngül hərəkət adlandırıb və Danimarka hökumətini "milyonlarla müsəlmanın hissləri ilə fitnəkar oyunlara son qoymağa" çağırıb.

Karikaturalar ilk dəfə 2005-ci ildə nəşr edilib.

Xəbər lenti

Xəbər lenti