...

"Azadlıq" bloku digər partiyaları zorla qərarlarına tabe etdirmək istəyir –Azərbaycanın müxalifət partiyasının sədri

Siyasət Materials 28 Fevral 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir Q.Cəbiyev/ "Azadlıq" bloku seçkidə iştirak etmək qərarı verən partiyaları şantaj edir. "Blok seçkidə iştirak etməmək niyyətindədir. İndi qərarlarına tərəfdar toplamaq üçün başqa qüvvələri şantaj etməyə başlayıb" cümə axşamı Trend ə müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

"Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Trend ə bildirib ki, ADP və Müsavat Partiyasının prezident seçkisində iştirakı seçkinin nəticələrinin tanınmasının legitimliyini təmin edəcək.

Bloka daxil olan Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyaları seçki mühitinin dəyişməyəcəyi, seçki komissiyalarının paritet əsasda formalaşmayacağı təqdirdə prezident seçkisini aktiv boykot edəcəyini bildiriblər.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək.

Cəlaloğlu vurğulayıb ki, "Azadlıq" bloku digər partiyaları zorla öz qərarlarına tabe etdirmək istəyir. "Azadlıq" bloku boykot qərarından effekt gözləyirsə, öz gücü çərçivəsində bu qərarın icrasına çalışmalıdır. Heç zaman düşünməməlidirlər ki, başqa partiyalar bu qərara qoşulmalıdırlar. Onun fikrincə, Azərbaycanda prezident seçkisini total şəkildə boykot etmək mümkün deyil.

ADP Ali Şurası Cəlaloğlunun prezidentliyə namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti