...

Azərbaycan prezidenti may ayında Finlandiyaya rəsmi səfər edəcək

Siyasət Materials 28 Fevral 2008 13:46 (UTC +04:00)
Azərbaycan prezidenti may ayında Finlandiyaya rəsmi səfər  edəcək

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.Ağayeva / Azərbaycan prezidenti may ayında Finlandiyada rəsmi səfərdə olacaq. Bakıda Azərbaycan və Finlandiyanın XİN başçıları Elmar Məmmədyarov və İlkka Kanerva səfərin hazırlıq məsələlərinə dair müzakirələr aparıblar.

Kanerva jurnalistlərə bildirib ki, səfərin konkret tarixi daha sonra diplomatik kanallarla dəqiqləşdiriləcək. "Mən Finlandiya Olimpiya Komitəsinin başçısı kimi, Azərbaycan Olimpiya Komitəsinin rəhbərini bizim ölkədə görməyə çox şad olardım" - Kanerva deyib.

Azərbaycan prezidentinin Finlandiyaya səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri məzakirə olunacaq.

Bu, Azərbaycan rəhbərinin Finlandiyaya ilk rəsmi səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti