Azərbaycan, Bakı, 03 mart / Trend ", müxbir A.İsmayılova/ Azərbaycan prezidenti bəyan edib ki, gələcəkdə Azərbaycana xaricdən işçi qüvvələri gələcək. "Azərbaycanda işsizlik problemi tam həll olunduğundan, xaricdən işçi qüvvəsi gələcək" bazar ertəsi Samux rayonunda ictimaiyyət qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Ölkə başçısı yanvarın ortalarında "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanının icrasi ilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb. Fərmana əsasən, "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dəvətlərinin qeydiyyatının aparılması Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan məlumat əsasında həyata keçirilir. Həmçinin, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları və onların ailə üzvləri, həmçinin Azərbaycana xüsusi diplomatik missiya ilə səfər edən əcnəbilər üçün vizaların müddətlərinin uzadılmasını da XİN həyata keçirəcək. Viza əsasında Azərbaycana gələn digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün vizaların müddətlərinin uzadılması da XİN-ə həvalə olunub.
Azərbaycan prezidenti bildirib ki, istənilən xarici vətəndaş Azərbaycanda iş tapa bilər.