...

Rusiya Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulmasından narahatdır - səfir (video)

Siyasət Materials 5 Mart 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir S.Ağayeva / Rusiya Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulmasından narahatdır. "Biz təmas xəttində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında atəşkəsin pozulması faktından narahat olduğumuzu bildiririk. Dünənki hadisə isə intensivliliyi ilə fərqlənir" - deyə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərə məlumat verib.

Martın 4-ü səhər tezdən Azərbaycanın işğal olunmuş ərazilərində, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində cəbhənin bir neçə istiqamətində atışma olub.

Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, atışma zamanı Ermənistan tərəfindən 12 əsgər öldürülüb, 15 nəfər isə ağır yaralanıb. Azərbaycan tərəfindən isə dörd əsgər həlak olub və bir hərbi qulluqçu yaralanıb.

"Hadisənin araşdırılması üzrə hər hansı bəyənat vermək çox tez olardı" - deyə səfir bildirib. Onun sözlərinə görə, ATƏT tərəfindən hadisə yerində aparılan monitorinqin nəticələrini gözləmək lazımdır.

Xəbər lenti

Xəbər lenti