...

Azərbaycan prezidenti Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər nazirini qəbul edib

Siyasət Materials 5 Mart 2008 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı 05 mart / Trend / Azərbaycan respublikasının prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Meredov Türkmənistan prezidentinin iki ölkənin başçısı arasında qurulan əlaqələri yüksək dəyərləndirdiyini və bu əlaqələri əməkdaşlığın müxtəlif sahələrdə inkişafı üçün yaxşı əsas hesab etdiyini bildirib. Meredov vurğulayıb ki, hər iki prezidentin Sankt-Peterburq şəhərində keçirdiyi görüş ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına güclü təkan verir.

Prezident Əliyev Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, ölkələrimiz arasında müxtəlif səviyyələrdə keçirilən görüşlər, Türkmənistan-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının fəaliyyəti ikitərəfli əlaqələrin daha artıq inkişafına xidmət edir.

Xəbər lenti

Xəbər lenti