...

Azərbaycanın xarici işlər naziri NATO Parlament Assembleyasının prezidentini qəbul edib

Siyasət Materials 5 Mart 2008 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü NATO Parlament Assembleyasının prezidenti Joze Lellonu qəbul edib.Bu barədə Trend a XİN-in mətbuat xidmətindən bildiriblər.

Lello NATO - Azərbaycan münasibətlərinin genişlənməsində qurumun Parlament Assambleyası ilə ölkəmizin parlamenti arasında qarşılıqlı əlaqələrinin bundan sonra da səmərəli olacağına inandığını bildirib.

Nazir ölkəmizin ən əsas probleminin - Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzadılması və bu münaqişənin bütövlükdə regionda sülh və sabitliyin həllinə ciddi təhlükə olduğunu diqqətə çatdırıb.XİN başçısı problemin həllində NATO Parlament Assambleyasının imkanlarından istifadənin mümkünlüyünü də qeyd edib.

Tərəflər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti