...

İspaniyada parlament seçkilərində sosialistlər qalib gəldilər

Siyasət Materials 10 Mart 2008 00:48 (UTC +04:00)
İspaniyada parlament seçkilərində sosialistlər qalib gəldilər

İspaniyada, bazar günü keçirilən parlament seçkilərində, səs verən seçicilər arasında keçirilən sorğuya əsasən (exit-polls), İspaniyanın hakim sosialist fəhlə partiyası (İSFP) qalib gəlib. Bu barədə İspaniyanın Milli radiosu xəbər verib.

Bu məlumatlara əsasən, İSFP parlamentdə olan 350 yerdən 170 qazanıb.

Sorğu, dövlət radiokorporasiya tərəfindən keçirildiyi kimi, ölkənin üç aparıcı telekanalı tərəfindən də aparılmışdır. Sorğuda neçə nəfərin iştrak etdiyi barədə məlumat yoxdur.

Bir qayda olaraq İspaniyada exit-polls rəqəmləri, yekun seçkilərin nəticələri ilə üst-üstə düşür.

Seçki məntəqələri işini 20:00 başa çatdırandan dərhal sonra, gün ərzində keçirilən, sorğunun nəticələri dərc edilmişdir. Bu barədə RİA Novosti xəbər verir.

Xəbər lenti

Xəbər lenti