...

QHT-lərə Dövlət Dəstəyi Şurasına üzvlüyə daha üç nəfər namizəd seçilib

Siyasət Materials 12 Mart 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir S.İlhamqızı/ Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzvlüyə daha üç nəfər namizəd seçilib. Trend in məlumatına görə, bunlar - "Gender və insan hüquqları araşdırmaları" İctimai Birliyinin sədri Rəna Mirzəzadə, "Nur" uşaq və gənclər Birliyinin sədri Sevinc Muradova və "Dan" beynəlmiləl gənclər İctimai Birliyinin sədri Gülarə Teymurovadır.

Azərbaycan Prezidenti İlham Əliyevin 13 dekabr 2007-ci il tarixli fərmanına əsasən "Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası" yaradılır. Şura 11 nəfər üzvdən ibarət fəaliyyət göstərəcək. 8 üzv QHT-lərin təklif etdiyi nümayəndələrdən, 3-ü dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla, 4 illiyə təyin edilirlər. Seçilmiş namizədlər arasından Şuraya üzvləri prezident təyin edəcək.

Şuraya dünən insan hüquqları və demokratiya sahələri üzrə fəaliyyət göstərən QHT-lərdən üç nəfər namizəd seçilib. Bu gün isə ailə, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər arasından 3 nəfər seçilib.

Rəna Mirzəzadə 17 səs, Sevinc Muradova 11, Gülarə Teymurova da 11 səs toplayıblar. Dövlət başçısı onlardan birini Şurya üzv təyin edəcək.

Xəbər lenti

Xəbər lenti