...

Yunanıstan XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 12 Mart 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir S.Ağayeva / Yunanıstan xarici işlər nazirinin müavini Petros Dyükasın Bakıya səfəri nəzərdə tutulub.

Azərbaycanın Yunanıstandakı səfirliyindən çərşənbə günü verilən məlumat görə, Yunanıstan nazir müavininin səfəri yaya qədər baş tutacaq.

Səfər zamanı XİN başçısı müavinini Yunanıstanın işgüzar dairələrinin nümayəndələri müşayiət edəcək. Onlar azərbaycanlı həmkarları ilə birlikdə biznes-forumda iştirak edəcəklər.

Yunanıstan hökumətinin nümayəndə heyəti Bakıya səfər zamanı həmçinin Azərbaycan hökumətində görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti