Azərbaycan, Bakı, 13 mart / Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cümə axşamı Prezident sarayında Gürcüstanın Baş naziri Vladimir Qurgenidzeni qəbul edib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət göstərdiyi vurğulanıb, ikitərəfli münasibətlərin, iqtisadi sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.