...

Jurnalisti bıçaqlayanlar məsuliyyətə cəlb olunacaqlar – Parlamentin sədri

Siyasət Materials 14 Mart 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin sədri bildirib ki, "Azadlıq" qəzetinin əməkdaşını bıçaqlayan cinayətkarlar tezliklə məsuliyyətə cəlb olunacaqlar.

"Jurnalistin bıçaqlanması ilə bağlı cinayət işi açılıb və araşlırma aparılır" - deyə Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Dünən - martın 13-də saat 20.00 radələrində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil naməlum şəxslər tərəfindən bıçaqlanıb. Müxbir Klinik Tibbi Mərkəzə aparılıb və yara aldığı ürək nahiyəsindən cərrahiyyə əməliyyatı olunub.

Parlamentdə müxalifəti təmsil edən "Müsavat" deputat qrupunun üzvü Pənah Hüseyn jurnalistin bıçaqlanması ilə bağlı Parlamentdə müzakirə aparılmasını tələb edib. Spiker bu tələbi rədd edib və bildirib ki, jurnalistin bıçaqlanması faktının üstü açılacaq.

Xəbər lenti

Xəbər lenti